Bərdənin icra başçısı gedər ayaqda yığıma başlayıb
Tarix: 29-10-2015, 16:44 | Çap et
Bərdənin icra başçısı gedər ayaqda yığıma başlayıb
Bir müddət əvvəl dövlət başısı İlham Əliyev Nazirlər Kabinetinin yığıncağında bəyan etmişdi ki, bundan sonra əsas məqsəd sahibkarların inkişafına nail olmaqdır. Ölkə rəhbəri həmçinin vurğulamışdı ki, bundan sonrakı mərhələdə hər hansı bir məmur sahibkarları incidərsə, tərəfindən ciddi cəzalandırılacaq.

Qeyd edək ki, məhz bu açıqlamanın ardından sahibkarları zorla və heç bir səbəb göstərmədən saxlayaraq, pullarını aldığına görə Milli Təhlükəsilik naziri Eldar Mahmudov işdən çıxarıldı, nazirliyin 15-ə yaxın işçisi isə həbs olundu. Amma bu bəyanatın və tələbin bəzi icra başçıları tərəfindən yerinə yetirilmədiyi aşkar şəkildə görünür.

JAM.AZ-a müraciət edən bir qrupp bərdəli iş adamı bildirib ki, rayonun icra başçısı Vidadi İsayev müxtəlif bəhanələr adı altında onlardan pul tələb edir. Onların bildirdiyinə görə, pul yığma prosesi təkcə sahibkarları deyil, həmçinin büdcə təşkilatlarının rəhbərlərini də əhatə edib. Onları prosesin durdurulmasını tələb edir və dövlət başçısından kömək istəyirlər.

Rayondan gələn başqa bir xəbərdə isə deyilir ki, Bərdənin icra başçısı Vidadi İsayevin belə bir addım atmasının səbəbi birbaşa özü ilə bağlıdır. JAM.AZ-a çatan məlumatda qeyd edilir ki, İsayevin yaxın vaxtlarda işdən çıxarılacağı deyilir. Mənbələr icra başçısının məsələdən xəbərdar olduğu və bu səbəbdən də gedər ayaqda mümkün qədər pul yığmaq niyyətinə düşdüyünü vurğulayırlar. Onların sözlərinə görə, analoji vəziyyət Vidadi İsayevin Tərtərin icra başçısı postundan getdiyi ərəfədə də baş verib.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net