Fuad Muradovun nitqi niyə qurudu?
Tarix: 29-10-2015, 14:56 | Çap et
Fuad Muradovun nitqi niyə qurudu?
Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə artıq sayılı günlər qalıb. Seçki kampaniyaları da bu səbəbdən bitməyə başlayıb. Lakin bəzi namizədlər qanunun icazə verdiyi müddətə qədər seçicilərlər görüşüb, onların dəstəyini almağa çalışırlar.

JAM.AZ xəbər verir ki, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov da bu qəbildən təbliğat aparanlardandır. Bu gün sözügedən şəxs rayonun Rahib Məmmədov və Xudu Məmmədov küçələrində 10 binanın sakinləri ilə görüşlər keçirib.

Xeyli sayda insanın toplaşdığı görüşdə maraqlı söhbətlər qeydə alınsa da, Fuad Muradovun nitqini qurudan hallar da olub. JAM.AZ-a verilən məlumata görə, deputatlığa namizəd camaatın qarşısında xeyli məsələlərdən danışıb və sonra onların sözünü dinləməyə başlayıb. Bu zaman seçicilərdən bir çoxu ona müxtəlif suallar verməyə başlayıb.

Məlumatda deyilir ki, Fuad Muradovun nitqini qurudan əsas sual isə onun niyə Xətai rayonunu seçməsi, Səbayeldəki seçki dairəsindən imtina etməsi, parlamentdə ümumiyyətlə sosial problemlərdən danışmaması, seçkidən seçkiyə seçiciləri yadına salması, qəbuluna gələnləri qəbul etməməsi və digərləri olub. Bildirilir ki, deputatlığa namizəd bu sualların qarşısında aciz qalıb və qısa, qırıq-qırıq cavablar verməklə görüşü başa çatdırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net