Katibəsi şantajçı çıxan namizəd haqda şok GİZLİNLƏR
Tarix: 29-10-2015, 14:49 | Çap et
Katibəsi şantajçı çıxan namizəd haqda şok GİZLİNLƏR
“Bandotdel”in həbs etdiyi şantajçı qızın deputatlığa namizədin katibəsi çıxması bir çox gizlinləri açdı. 46 saylı Şirvan Seçki Dairəsindən seçkiyə qatılan Paşa Nəbiyevin katibəsi kişiləri seks videosu ilə şantaj edirmiş.

TİA.AZ-a daxil olan xəbərə görə, deputat olmağa hazırlaşan P.Nəbiyevin Şirvan Təhsil Şöbəsinin müdiri kimi bu sahəni viran qoyduğu sirr deyil. Üstəlik, onun katibəsi Gülnar Əhmədova narkotik alveri və şantajla məşğul imiş.
Seçkiyə üç gün qalmış bu faktın üzə çıxması P.Nəbiyevin olan-qalan imicini də alt-üst edib. TİA.AZ-a verilən məlumata görə, seçicilərin gözündən düşən namizədin seçki qutusundan adının çıxacağı birmənalı olaraq gözlənilmir.
Katibəsi bu çirkin əməllərə məşğul olan təhsil şöbəsi müdirinin xalqa necə millət vəkili olacağı sual doğurur. P.Nəbiyev isə Şirvan kimi təhsilli, savadlı insanların yaşadığı regionda özünə hər zaman nümunəvi bir katibə işə götürə bilərdi. Amma başı təhsildən savayı hər bir fəaliyyətə qarışan deputatlığa namizədin adı indi katibəsi ilə hallanır.
Məlumatda bildirilir ki, onun fəaliyyəti məhz Şirvan təhsilinə qarşı yönəlib. Təhsildə rüşvətin inkişafında xüsusi rola malik olan P.Nəbiyevin mandat arzusu da maddi imkanlarını genişləndirməyə hesablanıb.
Amma bir qrup seçici tərəfindən TİA.AZ-a edilən müraciətdə qeyd olunub ki, katibəsi belə bir cinayətlərlə məşğul olan məmura səs verməyəcəklər. Onu da deyək ki, P.Nəbiyev YAP üzvüdür.
Əldə etdiyimiz xəbərə görə, Şirvan Şəhər təhsil şöbəsi ilə bağlı tez-tez şikayət daxil olur. Şikayətlərdə bildirilir ki, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin yarıtmaz fəaliyyəti Şirvan əhlinin ciddi narazılığına səbəb olub.
TŞ sədri öz işində bir sıra qanun pozuntularına yol verir. Belə ki, bu şəxs vəzifə başına keçəndən bəri Şirvan təhsilini yaman günə qoyub. Məktəblərin əksəriyyətinə savadsız direktorlar və müəllimlər təyin edib. Valideynlər savadsız müəllimlərin əlindən cana yığılıblar.
Ona görə də valideynlər uşaqlarını repititor yanına qoymağa məcbur olublar. Şirvan təhsilinin keyfiyyətindən əsər-əlamət qalmayıb.
Paşa Nəbiyev nəyinsə müqabilində saxta diplomlu şəxsləri işə qəbul edib. Hər il saxta diplomlu müəllimləri şantaj edərək onlardan nəsə tələb edir.
Xatırladaq ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımov saxlanılıb.
Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları da müəyyən edilib. Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.
Gülnar Əhmədovanın Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olduğu üzə çıxıb. Şirvan Şəhər Təhsil Şöbəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər və bildiriblər ki, Gülnar bir müddət əvvəl işdən çıxarılıb.

“Adı şantaj olayında hallanan Gülnar Əhmədova 2013-cü ilin sentyabr ayında işdən azad olunub. Hazırda o mənim işçim deyil”.

Bunu Azvision.az-a açıqlamasında Paşa Nəbiyev deyib. O, G.Əhmədovanın insanları şantaj etməsi kimi qanunsuz əməllərindən xəbərdar olmadığını deyib.

“Bizdə işlədiyi zaman belə bir məlumatımız olmayıb. Heç düşünməzdik ki, o belə işlə məğul olsun. İşdən azad olunandan sonra onunla əqalə saxlamamışıq. Bizlə işlədiyi zaman normal olaraq işinə gəlib-gedirdi”.

Qeyd edək ki, G.Əhmədova şəhərdə imkanlı kişilərlə cinsi əlaqədə olub həmin anı videokamera ilə qeydə alırmış. Sonradan isə həmin videoları yayacağı ilə hədələyib onlardan külli miqdarda pul alıb. Artıq bir neçə kişi onun qurbanına çevrilib.
İki nəfər isə G.Əhmədovanın tələbini yerinə yetirmədiyi üçün video görüntülər şəhər camaatı arasında yayılıb. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib və G.Əhmədova saxlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net