Fuad Muradov saxta profillərin ümidinə qalıb
Tarix: 19-10-2015, 14:49 | Çap et
Fuad Muradov saxta profillərin ümidinə qalıb
Deputat Fuad Muradov təbliğatının banal yolunu seçib. Parlament seçkilərinə növbəti dəfə namizədliyini irəli sürən gənc millət vəkili saxta “Facebook” profilləri açdırıb reklam siyasətini qurub. TİA.AZ-a verilən xəbərə görə, F.Muradov saxta profil hesabları ilə sosial şəbəkələrdə seçicilərinə çağırışlar edir.

Onun seçki qərargahında çalışan fəallar saxta profillərə nəzarət edirlər. Seçkilərdə bu günə kimi heç bir deputatlığa namizəd belə ucuz təşviqat kampaniyası təşkil etməyib. Məlumata görə, F.Muradov Xətai rayonu 34 saylı Seçki Dairəsindən namizədliyini irəli sürüb. Bundan əvvəl Səbayıl seçicilərinin millət vəkili olan F.Muradova Xətai seçiciləri sıcaq yanaşmır. Xətai seçiciləri qeyd edirlər ki, Səbayılda özünü doğrultmayan və sakinlərin problemlərini parlamentdə dilə gətirməyən millət vəkili onlara lazım deyil.

Seçicilərin bir qrupu TİA.AZ-ın elektron poçtuna yazıb ki, F.Muradov Səbaildə seçkidən - seçkiyə camaatı yada salıb. Onu da deyək ki, Xətaidə etiraz olaraq F.Muradovun təşviqat stendində olan fotoları cırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net