Onlar Mikayıl Cabbarovun "qara siyahısı"na düşüblər
Tarix: 13-10-2015, 11:27 | Çap et
Onlar Mikayıl Cabbarovun "qara siyahısı"na düşüblər
Heç kimə sirr deyil ki, təhsil naziri Mikayıl Cabbarov bir neçə universitet rektorunun işdən azad olunmasına nail olub. O, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Dövlət İqtisad Universitetlərinin rektorlarını dəyişərək özünə yaxınlığı ilə seçilən adamları həmin vəzifələrə təyin edib. Hazırda bu prosesin davam etdirilməsi gözlənilir.

Faktinfo.az saytna daxil olan məlumata görə, 2015-ci ilin sonu və yaxud 2106-cı ilin əvvəlinə qədər bir neçə rektor da vəzifəsini itirə bilər. Bunlardan biri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, digəri Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlıdır. Düzdür, fikirlər var ki, A.Naxçıvanlı V çağırış Milli Məclisə seçildikdən sonra rektorluq kürsüsü ilə vidalaşacaq. Amma onu da nəzərdən qaçırmaq olmaz ki, bu məsələlər ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə tənzimlənir. Bu baxımdan M. Cabbarov əmindir ki, A. Naxçıvanlının deputat seçildikdən sonra rektorluq postundan getməməsi də mümkündür. Hazırda hər iki rektor kifayət qədər hakimiyyətin yuxarı eşalonunda qəbul olunan, müdafiə qabiliyyətli şəxslərdir. Lakin məlumatlardan belə aydın olur ki, təhsil naziri hər iki rektorun dəyişdirilməsində israrlıdır. Hətta, onların işdən çıxarılması məqsədilə ictimai rəydə zamanında zəmin də yarada bilib. Heç kimə sirr deyil ki, M. Cabbarov təhsil naziri olduqdan sonra Azərbaycan Müəllimlər İnstitutunun filiallarına qarşı savaş açıb və bir neçə filial direktorunun işi Təhsil Nazirliyi tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Bununla kifayətlənməyən təhsil naziri vaxtaşırı saxta diplomların verilməsi məsələsini qabardıb və gündəmdən düşməyə imkan verməyib. Hətta, bir az da irəli gedərək Rusiya mətbuatına müsahibəsində 2 min saxta diplomun verildiyini, “diplom”ları alanları adbaad tanıdıqlarını, hansı məktəblərdə işlədiklərini bildiyini gizlətməyib. Zamanı gəldikdə, həmin müəllimlərin tədricən işlərindən kənarlaşdırılacaqlarını vurğulayıb və buna dair açıq mesajlar verib. Yəni sözügedən məsələnin gündəmdən düşməyəcəyinə haradasa ehyam vurub. Bununla da A.Naxçıvanlının rəhbərlik etdiyi filiallardakı müəyyən biabırçı vəziyyəti önə çəkməklə məsələnin gündəmdən düşməməsinə, prosesin A.Naxçıvanlının rektor vəzifəsindən uzaqlaşdırılacağı vaxta qədər davam edəcəyinə zəmin yaradıb, bir neçə filialın fəaliyyətinə xitam verilməsini mümkünləşdirib.
Bununla yanaşı faktinfo.az məlumatda o da qeyd olunur ki, M. Cabbarov hazırda Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma, ixtisasdəyişmə və yenidən hazırlama şöbəsinin indiyə qədər ixtisasını dəyişdirib, orta məktəblərə yerləşdirdiyi minlərlə müəllimin tədris prosesinə mənfi təsiri ola biləcəyini də vurğulamaq istəyir. Təhsil naziri yaxşı bilir ki, kifayət qədər rus ədəbiyyatını oxumuş şəxslər 6 ay adlarını tarix, azərbaycan ədəbiyyatı və s. ixtisasartırma və ixtisasdəyişmə kurslarına yazdırmaqla orta məktəblərdə günlərini keçirirlər. Onlar tədris etdikləri tarix fənnini 6 aya ixtisasartırma, ixtisasdəyişmə və yenidən hazırlama kurslarında mükəmməl öyrənib, bilikli şagirdin qarşısına çıxa bilməz. Ona görə də, bu yaxınlarda belə müəllimlərin attestasiyasını gündəmə gətirməklə Azərbaycan Müəllimlər İnstitutunu yenidən silkələyəcəkdir. Çünki təkrar olaraq saxta diplom məsələsinin üstünə getmək Müəllimlər İnstitutuna dair əks effekt verə bilər və bu məsələləri qabardarkən əlavə çatışmazlıqların da vurğulanması nəzərdən keçiriləcəkdir.
Bakı Dövlət Universitetinin rektoruna gəlincə, 2014-cü ilin qış imtahan sessiyası zamanı tələbələrin universitetdə Abel Məhərrəmova narazılıqlarını bildirməsi yuxarı dairələrdə müzakirə olunmuşdur və hələ o zaman rektorun işini itirəcəyinə dair KİV-də geniş məlumatlar yer almışdır. Onda tələbələrin etirazının digər universitetlərdə də pis tendensiyaya yol aça biləcəyi nəzərə alınaraq A. Məhərrəmov işindən çıxarılmadı. 1 noyabr 2015-ci il parlament seçkilərində A. Məhərrəmovun iştirak etməməsi M. Cabbarovu məyus edib. Çünki bu, A. Məhərrəmovun rektor vəzifəsində qalma ehtimalını möhkəmləndirir. Məlum fakt A. Məhərrəmovun təhsil sahəsindən ayrılmayacağını təsdiqləyir. Bu amilin özü təhsil sahəsini mükəmməl bilən, təcrübəli A. Məhərrəmovun M. Cabbarov üçün rəqib olduğunu aydınca ortaya qoyur. Çünki M. Cabbarov nazir postuna gəlməzdən öncə, ölkə gündəmində A. Məhərrəmovun sabiq təhsil naziri Misir Mərdanovun yerinə təyinat alacağına dair məlumatlar dolaşırdı. Lakin bu baş vermədi. Əksinə A. Məhhərrəmov rektorluq vəzifəsini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Sonradan möhkəmlənərək, bu yolda deputat mandatından imtina etdi. Əlbəttə, A. Məhərrəmovun bu addımı gizli mətləblərdən xəbər verir. Çünki A. Məhərrəmovun belə qərarları onun təhsil naziri vəzifəsinə gəlməsi ehtimalını artırır ki, bu da hazırkı nazir M. Cabbarovu narahat etməyə başlayıb. Ona görə də. M. Cabbarov çalışır ki. A. Məhərrəmovu elm, təhsil sahəsindən uzaqlaşdırsın.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net