YAP rəhbərliyi Lerikdəki üzvünü partiyadan qovacaqmı?
Tarix: 8-10-2015, 12:24 | Çap et
YAP rəhbərliyi Lerikdəki üzvünü partiyadan qovacaqmı?
Hakim partiyanın xəbərdarlığına baxmayaraq Lerikdə YAP üzvü öz təşəbbüsü ilə seçkiyə qatılıb. “Qlobal Connection” MMC-nin direktoru Şahlar Məmmədov bu addımına görə partiya tərəfindən cəzalandırıla bilər.

TİA.AZ-a daxil olan xəbərə görə, Ş.Məmmədovun namizəd olduğu 78 saylı Lerik Seçki Dairəsindən YAP-ın vahid namizədi var.
O, hazırda deputat olan İqbal Məmmədovdur. Ş.Məmmədov isə partiyanın etdiyi xəbərdarlığa məhəl qoymadan seçkilərdə iştirak qərarı verib. Onun namizədliyini geri götürəcəyi gözlənilir. Əks halda seçkidən sonra onun partiya üzvlüyündə qalacağı sual altındadır. Artıq Yeni Azərbaycan Partiyasının üzvü olan, ancaq öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslərin böyük əksəriyyəti namizədliyini geri götürüb.

Bunu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Partiya rəsmisi YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən şəxslərin statistikasını da açıqlayıb.

Partiyanın üzvü olan 53 nəfər öz təşəbbüsü ilə bu seçkilərdə deputatlığa namizədliyini irəli sürüb. Hansı ki, həmin dairələrdən YAP öz namizədini irəli sürmüşdü. YAP-ın icazəsi olmadan namizədliyini verən partiya üzvlərinin 40 nəfəri artıq namizədliyini geri götürüb. Digər 13 nəfərin isə qarşıdakı mərhələdə hansı addımı atacağı dəqiq deyil. Onların sırasında Ş.Məmmədov da var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net