Elnur Aslanovun bacanağı rektor gətirilir?
Tarix: 29-09-2015, 13:27 | Çap et
Elnur Aslanovun bacanağı rektor gətirilir?
Nurçular Memarlıq və Texniki Univeristetin birləşdirilməsi üçün çalışmalara başlayıblar.

Aqiyyə Naxçıvanlının boşalan kürsüsünü isə Elnur Aslanovun bacanağı tutmaq istəyir.

PİA.AZ-a adını açıqlanmasını istəməyən mənbədən daxil olan məlumata iddia edilir ki, Elnur Aslanovun bacanağı olan Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev “Nurçu”ların təhsil sistemində yeni mərkəzini inşa etmək üçün çalışır.

Məlumatda qeyd edilir ki, daha əvvəl Memarlıq və İnşaat Univeristetində dekan işləyən Yaqub Piriyev nazirliyin əməkdaşı olduqdan sonra, Akretidasiya Komisiyasının sədri kimi univeristetin qiymətləndirilməsində iştirak edib və nəticədə universitet ən aşağı balla, 3.5 balla qiymətləndirib.

Qeyd edilir ki, məqsəd Memarlıq və Texniki Univeristetin birləşdirilməsi ilə yeni bir ali təhsil qurumu yaradılsın. Lakin Havar Məmmədov və Gülcöhrə Məmmədova kifayət qədər nüfuzlu şəxs olduqları üçün bu proses gecikir. Mənbə iddia edir ki, hazırda proses müvəqqəti olaraq dondurulub. Buna baxmayaraq, Elnur Aslanovun təkidi ilə bacanağı Yaqub Piriyev lahiyəyə yenidə start verib.

Qeyd edək ki, “Hizmət” hərəkatının ən vacib qanadı məktəblər olduğu üçün müəllim yetişdirmək strateji hədəfdir. Son parlamet seçkilərində bir çox rektor yenidən deputat olmağı seçdikləri üçün, bir neçə univeristetin rəhbərinin yerinin boşalması şansı artır. Bunlardan biri də Azərbaycan Müəllimlər İnistitudur.

Mənbə bildirir ki, hazırda Elnur Aslanovun təlimatı ilə Yaqub Piriyev Müəllimlər İnistutuna rektor təyin olunmaq üçün çalışır-vuruşur. O da vurğulanır ki, Təhsil naziri ölkədə olmadığından müəllimlər İnistituna Yaqub Piriyevin rektor təyinatı ilə bağlı təqdimatı gecikir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net