Sumqayıtda Honq-Konq qiymətinə icarə haqqı - Ağamirzə Əhədovdan fantastik şok
Tarix: 22-09-2015, 15:36 | Çap et
Sumqayıtda Honq-Konq qiymətinə icarə haqqı - Ağamirzə Əhədovdan fantastik şok
Ağamirzə Əhədovun qiymətləri icarədarları şoka salıb

Sumqayıtda məşhur iş adamı Ağamirzə Əhədova məxsus "Karvan” Ticarət Mərkəzində icarə haqqı artırılaraq fantastik qiymətə çatdırılıb.

Sumqayıtdakı mənbənin sözlərinə görə, ticarət mərkəzində bir kvadrat metr yer üçün icarə haqqı 200 manata çatdırılıb ki, bu da nəinki Sumqayıt, hətta paytaxt Bakı üçün belə kifayət qədər yüksək rəqəm hesab edilir.

İcarə qiymətləri yüksələndən dərhal sonra onlarla şəxs icarəyə götürdüyü yerləri "Karvan” rəhbərliyinə təhvil verərək ticarət mərkəzini tərk edib. İcarədarlar hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyü bir zamanda bu qiymətə dükan işlətməkdənsə, dünyanın biznes mərkəzlərindən hesab edilən Honq-Konqda icarədar olaraq çalışmaq daha sərfəlidir.

Mənbənin sözlərinə görə, ticarət mərəzinin sürətlə boşalmasına baxmayaraq rəhbərlik icarə qiymətlərinin azaldılması istiqamətində hər hansı addım atmayıb.(moderator.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net