YAP-ın siyahısının gecikməsinin ilginc səbəbləri
Tarix: 11-09-2015, 15:10 | Çap et
YAP-ın siyahısının gecikməsinin ilginc səbəbləri
Yeni Azərbaycan Partiyası hələ də deputatlığa namizədlər siyahısını açıqlaya bilmir. Ehtimal etmək olar ki, siyahıda adları olmayacaq “yeni azərbaycanlı”lar narazılar sırasında önəmli yer tutacaqlar. İddiaları böyük olan bu partiya vaxtilə hakimiyyətin əsas dayağı rolunu oynayırdı. Lakin görünən budur ki, Yeni Azərbaycan Partiyasının istifadə müddəti başa çatır. Böyük planlarda bu partiyaya aparıcı rol ayrılmır. Vaxtilə “kadr yetişdirən laboratoriya” funksiyasını yerinə yetirən YAP kadr rotasiyaları zamanı olduqca minimal funksiyaya malik olur. YAP yenidən öz gücünü bərpa etməyə, siyasi proseslərə dolayısı ilə deyil, birbaşa təsir etmək imkanlarına nail olmağa çalışır.

Lakin dövlət başçısına YAP-ın siyasi çəkisinin artması əlavə problemdir. YAP-ın faktiki rəhbəri olan Əli Əhmədovun baş nazirin müavini təyin olunması onun gələcəkdə Artur Rasizadəni əvəzləyə biləcəyi barədə fikirlərin yayılmasına səbəb oldu. Hər iki sima zəif, yuxarıdan siqnal gözləyən, iradəsiz funksionerlər kimi xarakterizə olunur. Lakin bir fərq mövcuddur ki, A.Rasizadə iqtisadiyyat və idarəetmə barədə müəyyən fikirlərə malikdir. Ə.Əhmədov isə ümumiyyətlə bu keyfiyyətlərdən məhrumdur. Belə bir şəxsin hakimiyyət vitrinində önə çəkilməsi iqtidarın onsuz da laxlamış imicinə ciddi zərbələr vurur.

Artıq YAP-da işləmək həvəsində olan şəxslərin sayı azalıb. Belə hakim partiya ilə nə təkamüldən, nə də islahatlardan danışmaq mümkündür.
Əslində, YAP siyahısı barədə deyilənlər də şişirdilib. Nəzərə almaq lazımdır ki, parlament ölkənin idarəçiliyində söz sahibi deyil. Ölkə parlamenti hadisələrin gedişinə təsiri olmayan bir qurumdur. İkincisi isə YAP-ın siyahısı həlledici deyil. Parlamentin üzvlərini YAP müəyyən etmir. Bu, yuxarıdan, təşkilat sədrindən gələn siyahıdır.

Bəzi mövcud millət vəkillərinin bu siyahıya düşməməsinə də təəccüblənməyə dəyməz.
Ehtimal etmək olar ki, siyahıda çox ciddi dəyişik olmayacaq.

Digər tərəfdən, hakim partiyanın siyahısında adları olanların hamısı deputat seçiləcə bilməyəcək.

Parlamnetdəki yerlər “yeni azərbaycanlı”larla yanaşı, hakimiyyətə yaxın olan bitərəflər və ziyalılar arasında bölüşdürülə bilər. Odur ki, mövcud millət vəkillərindən hakim partiyanın siyahısına düşməyənlər bunu ciddi narazılıqla qarşılaya bilməzlər.

İstisna deyil ki, siyahıda sürpriz adlar da ola bilər. Lakin bu amil siyahının açıqlanmasını əngəlləyə bilməz.

Görünür, YAP-ın siyahını açıqlamaması həm də özünə arxayınlıqdan irəli gəlir. Təbliğat kampaniyası başlayan kimi qısa bir zamanda qeydiyyatdan keçmək hakim partiya üçün problem deyil. İstənilən halda, YAP ölkə rəhbərinin taktiki gedişlərinə mane olur və odur ki, siyahının açıqlanmasının ləngiməsinin bir səbəbi də partiiya sədriniin “yeni azərbaycanlı”lara yerini göstərməsi ilə də izah edilə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net