Azərbaycanda bir sıra şəhər və rayonların icra başçıları dəyişdirilib
Tarix: 2-09-2015, 18:18 | Çap et
Azərbaycanda bir sıra şəhər və rayonların icra başçıları dəyişdirilib
Azərbaycan prezidenti İlham Əliyev Zakir Fərəc oğlu Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Vertikal.az-ın xəbərinə görə, başqa bir sərəncamla Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Nəsimi rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə bir müddət öncə vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Prezident İlham Əliyev, həmçinin İradə Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net