Yeni başçılar bu gün yeni kabinetlərində oturacaq - Təqdimat gözlənilir...
Tarix: 2-09-2015, 17:07 | Çap et
Yeni başçılar bu gün yeni kabinetlərində oturacaq - Təqdimat gözlənilir...
Az əvvəl məlumat yayıldı ki, bu saatlarda 3 rayonda icra başçısı dəyişikliklərilə bağlı sərəncamlar açıqlanacaq.

İnformasiyaya görə, icra başçısı vəzifələrində dəyişikliklər bu şəkildə baş tutub. Belə ki, dünəndən Sumqayıt şəhər icra başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Səbail rayonuna təyinat alıb. Səbailin icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı göndərilib. Nəsiminin icra başçısı Nəsib Mehməliyev isə tutduğu vəzifədən azad edilib.

Eldar Əzizovun yerinə isə dünəndən mətbuatda qeyd olunduğu kimi Abşeron icra başçısı Zakir Fərəcov təyinat alıb. Zakir Fərəcovun yerinə isə öz müavinlərindən birinin gətirildiyi deyilir.

Xatırladaq ki, Nizami rayon icra başçısı vəzifəsi də hazırda boşdur. Həmin vəzifəyə də bugünlərdə təyinatın həyata keçiriləcəyi gözlənilir.

DİA.AZ-a bununla bağlı məlumat verən hökumətdəki mənbə bildirir ki, yaxın saatlarda rəsmi sərəncamlar ictimailəşdiriləcək və artıq Sumqayıt, Səbail və Abşeron icra hakimiyyətlərində yeni başçıların təqdimatına tədarük görülür.

Mənbə onu da əlavə etdi ki, yaxın günlərdə əlavə dəyişikliklər də olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net