“Eldar Əzizov məni ələ saldı” - ŞOK ŞİKAYƏT
Tarix: 1-09-2015, 14:40 | Çap et
“Eldar Əzizov məni ələ saldı” - ŞOK ŞİKAYƏT
Redaksiyamızın elektron poçtuna Gəncə şəhər sakini Məhəmməd Gəncəvi Qələmmirzə oğlunun prezident İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub. Redaksiyamızda olan şikayətçinin müraciətində bildirilir:

“Cənab Prezident!
Yazımı 15 il öncə Heydər Əliyev cənablarının dediyi sözlərlə başlamaq istəyirəm: “Gəncə şəhəri nəzarətdən çıxıb, artıq ora əl gəzdirməyin vaxtı çatıb”.
Bunun nəticəsidir ki, Gəncə şəhəri rüşvətxorluğa, korrupsiyaya, oğurluğa, dələduzluğa, dövlət əmlakının dağıdılmasına, insan alverinə, ölüm hadisələrinin bağlı qalmasına və polis işçilərinin bıçaqlanmasına görə respublikada birinci yerdədir.
Cənab Prezident!
Başıma gəlməyən müsibət qalmayıb. Belə ki, mən gecə növbəsində işdə olarkən ümumilli liderimiz Heydər Əliyevin düşməni olan XXI əsr xalq hərəkatı partiyasının lideri F.Məmmədovun (Frenk Elkaponi), Gəncə şəhər Polis İdarəsinin keçmiş rəisləri H.Əfəndiyev və R.Musayevin adamı, uzun illər insan alverilə məşğul olan, qanunsuz olaraq ailəvi yataqxanada komendant vəzifəsində işləyərkən vəzifəsindən sui-istifadə edərək 1990-ci ildə yaşadığı dördotaqlı mənzili F.Məmmədovun ofisinə çevirən, partiya üzvlüyünə adamlar toplayan, F.Abdullayeva adlı qadın otağımın qapısının üstündə sağ və sol tərəflərə asdığım H.Əliyevin, İ.Əliyevin və Mir Cəlal Paşayevin plakat-şəkillərini sakinlərin gözü qarşısında qoparıb cıraraq harasa atmışdır.
Bu xəbəri isə mənə iş yerimə gələrək xəbər verdilər. Mən bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Eldar Əziziova şikayət etdikdə, o, məni ələ saldı.
Sonra məcburiyyət qarşısında qalaraq Gəncə şəhər Polis İdarəsinin keçmiş rəisi R.Musayevə şikayət etdim. O isə üstümə gələrək məni küçə söyüşlərilə təhqir etdi. O üzünü polis işçilərinə tutaraq dedi ki, “ə, bu nə danışır, dəli olub, nədir? Bunu niyə tutmursunuz?”
Səhəri polis işçiləri məni “dəlixana”ya apardı. Mən çox çətinliklə həmin gün “dəlixana”dan çıxa bildim. Daha sonra keçmiş şəhər prokuroru A.Vəliyevə şikayət edərkən, o, E.Əzizov və R.Musayevdən fərqli olaraq mənə minnətdarlıq edərək dedi ki, “heç Əliyevləri, mənim müəllimim olmuş Mir Cəlal Paşayevi təhqir etmək olarmı? Arxayın ol, bu işə özüm nəzarət edəcəm”.
Səhəri gün isə A.Vəliyev sanksiya verərək məni həbs etdi.
Cənab Prezident!
Maraqlı burasıdır ki, məhkəmədə cinayət axtarış müvəkkili V.Hümbətov özünü və R.Musayevin dostlarını müdafiə etdi. Daha sonra N.Məmmədova da mənə böhtan ataraq, şantaj edərək dedi ki, “möhtərəm hakim, prezidentlərin şəkillərini Məhəmməd özü təhqir edib. Su damında çiməndə mənə baxırdı, qadınlar tualetini deşib mənə baxırdı. V.Hümbətov Məhəmmədin əlindən bıçağı alanda mən və F.Abdullayev görduk”.
Daha sonra on nəfər polis, müstəntiqlər və Azad adlı birisi V.Hümbətovun yalanlarını təsdiq etdilər.
Nəticədə, heç bir əsas olmadan mənə 4 il 6 ay iş kəsildi.
Cənab Prezident!
V.Hümbətov mənim əlimdən bıçaq almayıb. Əslində V.Hümbətov şöbənin önündə mənim qarşımdan qaçaraq, şöbəyə girdi. Sonra da əlində bel dörd polis əməkdaşı üstümə gəlib. Bunu 50-dən artıq adam görüb.
Mən mətbuat vasitəsilə üzümü V.Hümbətova tutaraq deyirəm; yadında olar, müstəntiq S.Sadıqov təcridxanada məndən izahat alarkən, müstəntiqə dedin ki, gedib Nuridəni, Fəridəni gətirsəm, Məhəmmədə xeyri olar? O da dedi ki, əlbəttə olar. Mən də sənə dedim ki, bu gün məndən üzr istəməsən, səni heç vaxt bağışlamayacağam. Sən getdin, amma gəlmədin... Sən öz yerində olsaydın, torpaqlarımızı düşmən tapdağı altında qoyub qaçaraq gəlib adamlara şər, böhtan ataraq həbsxanalara göndərməz, nazirin cənab R.Usubovun fəaliyyətinə kölgə salan, H.Əliyev və İ.Əliyev cənablarının, Mir Cəlal Paşayevin plakat-şəkillərini sakinlərin gözü qarşısında cırıb atan qadınları məhkəmədə müdafiə etməzdin. Məhkəmədə mənə H.Əliyev, İ.Əliyev cənablarına şər, böhtan ataraq deməzdin ki, “möhtərəm hakim, Məhəmməd dəli olub, prezidentlərin şəkillərini qadınlar tualetinə vurmuşdu. Üstümə bıçaq çıxararkən qolunu buraraq, yerə yıxaraq bıçağı əlindən aldım...” deməzdin.
Cənab Prezident!
Mənim Sizdən xahişim budur ki, V.Hümbətovun vəzifəsindən sui-istifadə edərək, polisə yaraşmayan əməlləri araşdırılsın”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Təzadlar Qəzeti




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net