Zərdabda diplomu olmayan şəxsi vəzifəyə gətirmək istəyirlər
Tarix: 11-08-2015, 17:08 | Çap et
Zərdabda diplomu olmayan şəxsi vəzifəyə gətirmək istəyirlər
Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Zərdab Poçtamtında durum yaxşı deyil. Bununla bağlı edilən şikayətlərdə sabiq müdir Şəmsi Əhmədovun külli miqdarda yeyintiyə yol verdiyi iddia olunurdu. Hətta ortada qapı məsələsinin varlığı barədə də bilgilər verilirdi.

Bu gün məlum olub ki, Zərdab Poçtunun müdiri Şəmsi Əhmədov bir neçə gün əvvəl işdən azad edilib. Onun yerinə isə Romil Nəcəfovu gətirmək istəyirlər. JAM.AZ-a verilən məlumata görə, heç bir ali təhsili olmayan Romil Nəcəfovu Poçta müdir gətirmək istəyən elə rayonun icra başçısı Lütfəli Babayevdir.

Poçtda çalışan şəxslərin JAM.AZ-a verdiyi məlumatda vurğulanır ki, Romil Nəcəfov həmin vəzifəyə keçmək üçün özünə diploma axtarır. «Romil Nəcəfov əvvəllər Hərbi Komissarlıqda çalışıb və heç də yaxşı reputasiyaya malik deyil. Onun Zərdab Poçtuna rəhbər gətirilməsi isə icra başçısının istəyidir».

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net