Vidadi İsayevin dağıtdığı Bərdə
Tarix: 4-08-2015, 17:03 | Çap et
Vidadi İsayevin dağıtdığı Bərdə
İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Tarix elmləri namizədidir. Ailəlidir, üç övladı var.
Başı qalmaqallardan açılmır…
Vidadi İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də “öncül” cərgələrdə qərarlaşıb. Hələ unutmayaq ki, bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir.
Bəhs edəcəyimiz mətləblərin təfərrüatlarına keçməzdən öncə vacib bir məqamı qeyd edək ki, Bərdənin icra başçısı Vidadi İsayev Tərtərdən Bərdəyə rəhbər təyinatı aldıqdan sonra ilk olaraq imkanlı adamları ətrafına toplamağa başlayıb. Bu isə ona dövlət büdcəsindən ayrılan vəsaiti rahat “yeməkdən” ötrü çox vacib idi. İcra başçısı rayonda abadlıq işlərini həmin imkanlı şəxslərdən topladığı pullar hesabına gördürür, bu məqsədlə ayrılmış dövlət vəsaiti isə mənimsənilir.
Savash.org-a daxil olan məlumatlara görə, Vidadi İsayev öz «yerliləri»ni imkanlarına görə təsnifləşdirərək, eyni bölgədən olduqlarını əsas gətirib, onları yanına çəkməyə start verib. Məsələn, «yerlisi» Vidadi İmamquliyevi Bərdə ƏSMM-nin rəhbərliyindən çıxararaq, özünə müavin təyin etdi. Məlumat üçün bildirək ki, həmin ərəfədə bir nəfər sakin ƏSMM-nin binası qarşısında özünü yandıraraq, həyatını itirmişdi. Elə o zaman vətəndaşlar haqlı olaraq belə düşünürdü ki, icra başçısı Vidadi İmamquliyevi ən azından tutduğu vəzifədən azd edəcək. Amma, əksinə Vidadi İsayev sakinlərin rəyini belə nəzərə almadan onun vəzifəsini böyüdərək, özünə müavin gətirdi. Bu həmin Vidadi İmamquliyev idi ki, mədəniyyət şöbəsinin müdiri Soltanla iclasda əlbəyaxa olmuş və onu vurmuşdu. Vidadi İmamquliyev müavin postuna gətirildikdən sonra isə başçı “yağli tikə” sayılan ƏSMM-ni də nəzarətdən buraxmır, belə ki, ƏSMM-nin işçisi Fuadı formal olaraq idarəyə müdir təyin edərək, əsas işləri yenə özləri reallaşdırırlar.
Bildirək ki, Vidadi İsayevin “Bərdə məcaraları” yuxarıda bəhs edilən olaylarla yekunlaşmır. Əksinə, Bərdənin icra başçısı ölkə prezidentinin məlum sərəncamından öz maraqları üçün yararlanaraq (sərəncamda vurgulanır ki, aqrar sahe iqtisadiyyat üzrə müavinin səlahiyyətlərinə verilir, icra başçısı isə iqtisadiyyat uzrə müavin olan Vidadi İmaquliyevdən istefa ərizesi alir – Savash.org) «qohumu» Vidadi İmamquliyevi işdən çıxardır. Vidadi İmamquliyev isə icra başçısının – “qohumunun” bu addımından cox pərişan olur, otaqda onunla ciddi şəkildə mübahisə edərək, başçının kabinetini acıqlı şəkildə tərk edir.
Vidadi İsayev işdən azad etdiyi “qohumu” Vidadi İmamquliyevin qızının kürəkəni, Bərdə RİH-nin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Yusifzadəni də tutduğu vəzifədən kənarlaşdırıb.
Əldə etdiyimiz son məlumatlara görə, Yusif Yusifzadənin yerinə “bərdəlilərin qənimi” kimi ad cıxarmış, icra başçısının “şəxsi məsləhətçisi”, Elmar Vəliyevin “Bərdə üzrə nümayəndəsi”, ştatda icra başçısının köməkçisi olsa da, köməkçilikdən başqa hər qanunsuzluqla məşğul olan, oğlunun avtoxuliqanlığı sayəsində evin tək oğlunun ölümünə səbəb olan və buna görə də Tərtərin icra başçısıinin 1-ci muavinliyindən qovulan, Tərtərdə “Bakuş” ləqəbi ilə tanınan Vidadi Bəylərovun qardaşı Zauru təyin etdirmək niyyətindədirlər (bizimxeber.az).





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net