Goranboy rayonunda məskunlaşan Kəlbəcər rayonundn olan məcburi köçgünlər su və artezian idarələsinin onları su ilə təmin etmədiyinndən şikayətlənib.
Avropa.info-nun redaksiyasına ünvanlanan məktubda Goranboy rayon su idarəsinin dolayı yollarla həmin məcburi köçkünlərdən su pulu ödəmələrini istədiyi bildirilir.
Redaksiyamıza ünvanlanan həmin məktubu olduğu kimi sizə təqdim edirik:
“Salam Hörmətli sayt adminstrasiyası. Biz Kəlbəcər rayonundan məcburi köçkün olan 4 ailə 22 ildir ki, Goranboy rayonunun Xoylu kəndində məskunlaşmışıq. Çətin de olsa bu günə qədər öz dolanışığımızı əkin-biçinlə təmin etməyə çalışmışıq. Son vaxtlar havaların isti olmasından istifadə edən Goranboy rayon su və artezian idarəsinin işçiləri bizi susuzluqla sınağa çəkirlər. Belə ki, biz məcburi köçkün olduğumuza görə dövlətin bizə verdiyi kommunal xərclərdən azad olma hüququmuzdan istifadə etdiyimiz üçün bu Goranboy rayon su və artezian idarəsini qane etmir. Onlar bizdən dolayı yolla da olsa nəğd pul istəyirlər. Biz həmin istəyi qarşılaya bilmədiyimiz üçün bizə su vermirlər və nəticədə əkdiyimiz əkinlər-ağaclar susuzluqdan məhv olur. Yuxarıda da qeyd etdiyimiz kimi biz bu ərazide öz dolanışığımızın çox hissesini əkinçiliklə təmin edirik. Ona görə də dövlət başçısından və aidiyyatı qurumlardan xahiş edirik ki, bizə yazıqları gəlsin. Goranboy rayon su ve artezian idarəsinə göstəriş versinlər ki, bizi suyla sınağa çekmesinler.”
Həmin müraciətin video yazısını da sizə təqdim edirik.


