Cəlilabadda şəhid və əlil ailələri etiraz edir-VİDEO
Tarix: 17-07-2015, 13:23 | Çap et
Cəlilabadda şəhid və əlil ailələri etiraz edir-VİDEO
Cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı vəziyyətdədir

BTV bildirir ki,ötən süjetlərimizin birində Cəlilabad rayon Qurtuluş prospektində yerləşən, əlillər və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının təhlükəli vəziyyətdə olmasından xəbər vermişdik. Xəbərdə bildirilirdi ki , cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı vəziyyətdədir və bu şəraitdə yaşamaq sakinləri təngə gətirib. Sakinləri onu da bildirir ki , onların problemi ilə maraqlanan yoxdur . Məsələyə aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də şikayətlərinə baxılmır. Qeyd edək ki ,bizə daxil olan müraciətlərdən sonra məsələ ilə bağlı Cəlilabad rayon icra hakimiyyətilə əlaqə saxlamışdıq. İcra başçısının birinci müavini Asif Əzizov suallarımızı cavablandıraraq bildirmişdi ki , bina icra hakimiyyətinin balansında deyil,bu məsələyə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi baxır.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net