Rəcəb Rəhimli barəsində hüquqi ölçü götürüləcəkmi?
Tarix: 9-08-2024, 13:15 |
Çap et
Bir daha xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Rəcəb Rəhimli son günlər ən çox müzakirə olunan məmurlardan birinə çevrilib. Əslində buna səbəb başçının özüdür. İlk əvvəl xatırlatmaya keçək...
Məlumat verərək bildirmişdik ki, Ordubadda rayon icra başçısı ilə mübahisə zamanı fermer Müslim İbrahimov özünü bıçaqlamaqla intihara cəhd edib.
Dia-az.İnfo xatırladır ki, fermeri bu həddə gətirib çıxaran isə, mübahisə zamanı başçının onu ağır söyüşlərlə təhqir etməsi olub. Ordubad şəhərindəki küçələrin birində baş verən hadisə qarpız satmaq üstündə baş verib.
Qeyd edək ki, bu olayı ciddi-cəhdlə ört-basdır etməyə çalışan Rəcəb Rəhimli hətta hadisəni ictimailəşdirən KİV-ləri belə öz üsulu ilə susdurmağa çalışdı. Bu da azmış kimi daha da irəli gedərək trol ordusunu işə salaraq məlumatın ilkin qaynağı olan "Günəlik Naxçıvan" səhifəsinə "zəhmətkeş" hücumları da təşkil etdi ki, sonda bütün bunlar boşuna sərf olunmuş enerjidən başqa bir əhəmiyyət daşımadı.
Dia-az.İnfo bildirir ki, amma buna rəğmən əksəriyyət Rəcəb Rəhimlinin fermerə qarşı davranışlarını qınamaqla yanaşı, onun SAXTA MÜDAFİƏSİNİ DƏ qınamaqdadır.
Məsələn, sosial şəbəkə istifadəçisi Afət Sadıxova qeyd olunan səhifədə yazır: "Rəylərə baxdım, məndə elə təəssürat yarandı ki, fermer ,,dəli,, imiş, ona görə durdugu yerdə özünü bıçaqlayıb. Başçı rəylərdə süddən çıxmış ,,ag qaşıq,, kimi təqdim olunub. Xəbəri yayan sayt yalan, şər, böhtan yazıb. Başçını tərifləyənlərin rəyini oxuduqca elə bil Azərbaycan Vəkillər Kollegiyasının bütün vəkilləri Ordubada ezam olunublar... Nə isə hər kim günahkardırsa Allah bəlasını versin..."
Paşa Yaqub adlı istifadəçinin qənaəti isə qısa olub: "Davam edir dəccalizm..."
Namiq Məmmədov adlı istifadəçi isə ümumiyyətlə, yerli icra qurumlarının küçədə öz yetişdirdikləri məhsulları satmasına qarşı maneə kimi çıxış edən MƏMUR ÖZBAŞINLIĞINA etiraz edir: "Qarpız,yemiş sezonu gələndə Daşkəndin (Özbəkistanın paytaxtı) küçələrində,hər yerdə qarpız,yemiş satarlar.Dövlətin özü maraqlı olur ki,fermerlər qazanc əldə etsinlər. Bizdə isə..."
Qeyd edək ki, əksəriyyət başının söyüşü səbəbindən intihara əl atan fermeri müdafiə edərkən daha ağır ifadələr işlədiblər. Bir sözlə, vətəndaşlar Rəcəb Rəhimliyə layiqli qiymətini verib. Bəs aidiyyatı qurumlar necə, məsələyə hüquqi qiymət verəcəkmi?
Vertikal.Az