İcra başçısı Binədə sənədsiz tikintiyə icazə verib
Tarix: 9-08-2024, 13:13 | Çap et
İcra başçısı Binədə sənədsiz tikintiyə icazə verib
Bakının Xəzər rayonu, Binə qəsəbəsində qanunsuz tikintilər geniş vüsət alıb. Vertikal.Az reportyor.info-ya istinadla məlumat verir ki, qanunsuz tikintilərə təkcə Xəzər rayonunun mərkəzi ərazilərində deyil, qəsəbələrdə də rast gəlinir.
Məsələn, Binə qəsəbəsinin “Südçülük” sovxozu adlanan ərazisində heç bir sənədi olmayan iri obyekt inşa edilir. Həmin obyektin fotosu yayılıb. İddia olunur ki, obyektin tikintisinə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxın adamı kimi tanınan Samir adlı şəxs icazə verib. O, obyektin sahibinə sənədləşmənin aparılacağını bildirsə də, vədinə əməl etməyib. Bu gün həmin obyektin faktiki olaraq sənədi yoxdur.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, o cümlədən Xəzər İH-nin mövqeyini dərc etməyə hazırıq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net