Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü alqışlayır
Tarix: 15-05-2024, 11:19 | Çap et


Rusiya mayın 10-da və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, bu danışıqlarla Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atılıb.

"Biz Astananın bu istiqamətdə səylərini tam dəstəkləyirik. Tarixə nəzər salsaq, Qazaxıstan 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmaya son qoymaq üçün ilk ciddi cəhdlərdən biri olan Jeleznovodsk Bəyannaməsinin hazırlanmasına və qəbuluna mühüm töhfə verib. Almatıdakı təmasların Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsini müəyyən edən ən yüksək səviyyədə 2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlərə uyğun olması vacibdir", deyə rusiyalı nazir müavini vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net