Xırdalan sakinlərinin həyatlarının təhlükədə olması Zakir Fərəcovun vecinə belə deyil
Tarix: 20-05-2015, 15:58 | Çap et
Xırdalan sakinlərinin həyatlarının təhlükədə olması Zakir Fərəcovun vecinə belə deyil
Teref info xəbər verir ki, Apşeron icra hakimiyyətinə və şəxsən icra başçısı Zakir Fərəcov cənablarına deyəsən Bakı şəhərində bina üzlüklərindən əmələ gələn yanğınlar dərs olmadı. Yalnız Xırdalan şəhəri Qalubiyyə küçəsində 5 hündürmərtəbə binanın fasadı penapoliuretan üzlüklərlə üzlənib. Bu üzlüklərin necə təhlükəli olmasını biz necə necə vətəndaşımızın qanı bahasına öyrəndik. lakin deyəsən bu qanlar Zakir Fərəcovun vcinə belə deyil. Xırdalanda olarkən biz binalara baxış keçirtdik. Binanın sakinlərinin dediyinə görə onlar üzlükləri sökmək istəyərkən polis onlara mane olub. Lakin onlar bu üzlüklərin xüsusi ilə təhlükəli olduğunu deyirlər. Çünki bu üzlüklərin altından elektrik xətləri gedir və ixtiyarı bir qığılçım yanğımna səbəb ola bilər. Buna siz aşağıdakı fotolardan da görə bilərsiniz.
Lakin ən acınacaqlısı odur ki, əsas təhlükə bu binaların yanacağında deyil, həmin gah alkapon, gah penoplast, gah penapoliuretan, gah prefabrik fasad, gah penopolistirol və başqa cür adlanan material polistirol tərkiblidir. Tikintidə istifadə olunan istənilən material eyni zamanda beş prisipial tələbə - kimyavi, fiziki, bioloji, yanğın, mexaniki təhlükəziliyə cavab verməlidir. Bu material isə sadalanan tələblərin heç birinə cavab vermir. Ən dəhşətlisi isə onun ekoloji göstəriciləridir. Onun tərkibi polistiroldan ibarətdir. Polistirol termodinamik cəhətdən möhkəm olmayan polimerdir və o hər dəqiqə stirol-monomer buraxır. Stirol-monomer isə insan həyatı üçün ölümcül təhlükəlidir və insanlarda sürətlə xərçəngi inkişaf etdirir. 2001-ci ildən artıq bütün dünya bunu etiraf edib. Və biz bunun nəticəsini 5- 10 ildən sonra görəcəyik.
Bütün şəhərdə bu örtüklərlə bağlı işlər həyata keçirtsələrdə Xırdalan şəhərində ölü bir sükut hökm sürür.
Xırdalan icra hakimiyyətinin deyəsən başı qazanclı yerlər axtarmağa qarışıb.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq.
Teref. info vətəndaşların sökmək istədiyi binaların şəkillərini sizə təqdim edir.
Xırdalan sakinlərinin həyatlarının təhlükədə olması Zakir Fərəcovun vecinə belə deyil
Xırdalan sakinlərinin həyatlarının təhlükədə olması Zakir Fərəcovun vecinə belə deyil
Diqqətlə baxsanız görərsiniz ki, bu üzlüklərin altından keçən elektrik xətləri ixtiyrı bir vaxtda qısaqapanma versə, bu binada da faciə qaçılmaz olacaq. Bu isə icra başçısı Zakir Fərəcəvovun vecinə belə deyil.

Xırdalan sakinlərinin həyatlarının təhlükədə olması Zakir Fərəcovun vecinə belə deyil
Xırdalan sakinlərinin həyatlarının təhlükədə olması Zakir Fərəcovun vecinə belə deyil
Xırdalan sakinlərinin həyatlarının təhlükədə olması Zakir Fərəcovun vecinə belə deyil





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net