Kərəm Həsənov üçün SON DAYANACAQ... - İLGİNC İDDİA
Tarix: 30-07-2022, 11:52 | Çap et
Kərəm Həsənov üçün SON DAYANACAQ... - İLGİNC İDDİA
2019-cu ilin sonlarına yaxın İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənovun fəaliyyəti araşdırılır.

Hurriyyet.az xatırladır ki, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilən Kərəm Həsənovun bununla “toxunulmazlıq” əldə etdiyi güman edilirdi. Lakin etibarlı qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, son dönəmlərdə bir sıra saxta sənədlərə imza atdığı ortaya çıxıb. Bu səbəbdən də ölkə rəhbərliyinin göstərişi ilə K.Həsənovun fəaliyyəti ilə bağlı ciddi yoxlamalara başlanıldığı bildirilir.

Mənbənin sözlərinə görə, qeyd olunan faktlar aşkara çıxarsa, K.Həsənov Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsi ilə yanaşı, azadlığını da itirə bilər.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-08-2022 11:30
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net