Azərbaycanda yüksək vəzifələrə yeni təyinatlar
Tarix: 26-10-2021, 17:19 | Çap et
Azərbaycanda yüksək vəzifələrə yeni təyinatlar

"Azərbaycan” Nəşriyyatına yeni kadr təyinatları olub.

Musavat.com report-a istinadən xəbər verir ki, bununla bağlı nəşriyyatın baş direktoru Leyla Güləliyeva əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Şıxlı "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri təyin edilib. O, indiyədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı və nazirliyin sayt redaktoru işləyib.

Digər əmrlə, Anar Mustafayev nəşriyyatın baş direktorunun müavini vəzifəsinə gətirilib. O, bundan öncə "Azərmarka” MMC-nin Redaksiya və Filateliya şöbəsinin müdiri olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net