Mehriban Əliyeva qadınları təbrik etdi
Tarix: 8-03-2021, 10:06 | Çap et
Mehriban Əliyeva qadınları təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq qadınları təbrik edibb.

Vertikal.az xəbərinə görə, M.Əliyevanın rəsmi İnstaqram hesabında yer alan təbrikdə deyilir:

"Əziz qadınlar!
Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan
“qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net