Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Tarix: 25-01-2021, 15:56 | Çap et
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti vəzifəsinə seçilib.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında “AGF” İctimai Birliyinin 11-ci Ümumi iclası və AGF İcraiyyə Komitəsinin 37-ci iclası keçirilib. AGF Əsasnaməsinə uyğun olaraq ümumi iclas hesabat-seçki xarakteri daşıyıb.

Keçirilmiş səsvermə nəticəsində Mehriban Əliyeva növbəti beş il ərzində Azərbaycan Gimnastika Federasiyasının prezidenti (İcraiyyə Komitəsinin sədri), Altay Həsənov isə AGF-in vitse-prezidenti (İcraiyyə Komitəsinin sədr müavini) vəzifəsinə yenidən seçilib.

Bundan başqa, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva növbəti beş il ərzində yenidən İcraiyyə Komitəsinin üzvləri seçiliblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net