Zakir Həsənov azad olunan ərazilərdə yerləşdirilən qoşunlarla bağlı komissiya yaradıb - CƏZALANDIRILANLAR VAR
Tarix: 23-12-2020, 13:46 | Çap et
Zakir Həsənov azad olunan ərazilərdə yerləşdirilən qoşunlarla bağlı komissiya yaradıb - CƏZALANDIRILANLAR VAR

Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.
vertikal.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib: "Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net