Prezident: "Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək"
Tarix: 2-11-2020, 14:40 | Çap et
Prezident: "Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək"

“Vətən Müharibəsi gedir. Yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib”.

Musavat.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”, - deyə Prezident əlavə edib.

Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net