Azərbaycanda təcili yardım stansiyasının həkimi koronavirusdan öldü
Tarix: 26-07-2020, 15:48 | Çap et
Azərbaycanda təcili yardım stansiyasının həkimi koronavirusdan öldü

Sumqayıt Şəhər Təcili Tibbi Yardım stansiyasının həkimi Xasay Bayramov məlum koronavirus səbəbindən bu gün vəfat edib.

Oxu.Az xəbər verir ki, həkim-pediatr Xasay Bayramov 17 gün Bakıdakı xəstəxanalardan birində müalicə alırmış.

Onun bir neçə gün əvvəl vəziyyətinin yaxşılaşdığı bildirilib. Ancaq X.Bayramovun səhhəti bu gün qəfildən ağırlaşıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net