Çempionlar Liqası: 1/4 final cütləri məlum oldu
Tarix: 10-07-2020, 14:29 | Çap et
Çempionlar Liqası: 1/4 final cütləri məlum oldu

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçirilib.

"Report"un məlumatına görə, mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşib.

12-15 avqust

1/4 final

"Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi

"Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

"Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

"Atalanta" (İtaliya) - PSJ (Fransa)


18-19 avqust

Yarımfinal

Qeyd edək ki, 1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.

1/8 final mərhələsinin 4 cavab görüşü isə 7-8 avqust tarixlərində olacaq. Final matçı isə avqustun 23-də baş tutacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net