"Bizi youtuba yox,Prezident Aparatına şikayət et"- VİDEO
Tarix: 29-02-2016, 15:14 | Çap et
"Bizi youtuba yox,Prezident Aparatına şikayət et"- VİDEO
Ağabəy Ağayev öz oğlu ilə birgə vətəndaşa hədə-qorxu gəlmişdilər

Masallı rayon, Ərkivan kənd sakini Mürvət Məmmədovun sahibi olduğu torpağı istifadə edə bilməməsi haqda sizə məlumat vermişdik.Bildirmişdik ki,Mürvət Məmmədovun qonşusu açıq səhmdar su cəmiyyətinin viləşçay çay anbarının müdiri olan Ağabəy Ağayev ona məxsus olan torpağı əlindən alıb.Btv olaraq yenidən bu məsələyə qayıtmağımızın səbəbi isə MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR SU CƏMİYYƏTİ-nin Viləşçay çay anbarının müdiri Ağabəy Ağayevin hələ də özünü ağa kimi aparmasıdır.Belə ki,biz ərazidə çəkiliş etdikdən sonra adı çəkilən iş adamının nümayəndələri əraziyə gələrək torpağa salınmış hasar dirəklərini çıxararaq,ərazidən keçən su kanalına atıblar.
Xatırladaq ki,Ağabəy Ağayev öz oğlu ilə birgə vətəndaşa hədə-qorxu gəlmişdilər.Hətta oğlu İlham Ağayev ona silahla hücum da çəkmişdi.
Qeyd edək ki,Ağabəy Ağayevin oğlu İlham Ağayev Dövlət yol polisi işçisidir və Göytəpə postunda çalışır.Bu şəxs öz vəzifəsindən sui-istifadə edərək, dəfələrlə bu kimi özbaşınalıqlar etməklə gündəmdə qalmağı bacarır.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net