Ziya Məmmədovun holdinqi iflic oldu
Tarix: 24-02-2016, 12:19 | Çap et
Ziya Məmmədovun holdinqi iflic oldu
Nəqliyyat naziri Ziya Məmmədova məxsus “Qarant Holding” çökür. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, “Qarant”ın tərkibinə daxil olan müəssisələrdə böhran hökm sürür. Aylardır ki, işçilərə əmək haqqı verilmir.

Bildirilir ki, artıq “Qarant”ın rəhbərliyində holdingin fəaliyyətinin dayandırılması ilə bağlı müzakirələr aparılır. Qeyd edək ki, bundan əvvəl “Qarant”a daxil olan “QarantSığorta” “PaşaSığorta”ya verilmişdi. Hələ o zaman bildirilirdi ki, bu Ziya Məmmədova məxsus holdingin çöküşünün başlanğıcıdır.

Bəzi iddialara görə, “Qarant Holding”in bu vəziyyətə düşməsi Ziya Məmmədovun əvvəlki qüdrətini itirməsilə bağlıdır. Məlumat üçün deyək ki, Ziya Məmmədov hazırda faktiki olaraq portfelsiz nazir funksiyasını yerinə yetirir. Yəni, onun nəqliyyat naziri kimi fəaliyyəti formal xarakter daşıyır. Çünki Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. Bəzi məlumatlara görə, yaxın vaxtlarda ümumiyyətlə Nəqliyyat Nazirliyi ləğv ediləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net