Rektor Ədalət Mahmudov Vidadi Zeynalovun doktorluq işini necə müdafiə edib?
Tarix: 25-01-2016, 16:28 | Çap et
Rektor Ədalət Mahmudov Vidadi Zeynalovun doktorluq işini necə müdafiə edib?
"Təzadlar"a daxil olmuş aşağıdakı məktub təhsil naziri Mikayıl Cabbarova ünvanlıdır. Qısa sətirləri təqdim edirik:
Mənbə bildirir ki, ümumiyyətlə, Azərbaycan Dövlət İqtisad Universitetində MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovun müdafiəsi ilə bağlı rektorluq səviyyəsində iş aparılır: «…Vidadi Zeynalovun Rabitə Nazirliyində işləyərkən həm də İqtisad Universitetindən məvacib alması kimi korrupsiya əməlini rektor Ədalət Mahmudov bütün səyi ilə istintaqdan gizlətməyə çalışır. Bu bir yana, hazırda Ədalət Mahmudov onun izini qoruyub saxlamaqla sədaqətini nümayəiş etdirməkdədəir. Universitetdə bilməyən yoxdur ki, Vidadi Zeynalovun doktorluq işi(?) həbsindən az əvvəl məhz rektor Ədalət Mahmudovun birbaşa rəhbərliyi ilə seminardan keçirilmişdi… Bu isə rektorun himayəsi olmadan mümkün olmayan iş idi. Rektor Ədalət Mahmudovun həbsdə olan Vidadi Zeynalovu bu qədər müdafiəsində durmasını bir fakt da sübut edir ki, məsələn, Vidadi Zeynalovun qızı universitetdə magistraturada oxuyur, amma bir saat da olsun dərsə gəlməyir…».

Prorektor Əziz Əzizov rüşvətlə işdən qovulmuş dosenti hansı yolla işə bərpa etdirdi?

Oxucu məktubunda daha bir maraqlı məqam var, o da akademik Ziyad Səmədzadənin buradakı nüfuzundan asılı məsələdir. «Təzadlar»a ünvanlı məktubdan sətirlər: «…Hörmətli redaksiya, biləsiniz ki, rektor Ədalət Mahmudov dəfələrlə akademik Ziyad Səmədzadəni İqtisad Universitetində keçirilən tədbirlərdə Azərbaycanın əvəzolunmaz, yeganə iqtisadçı alimi elan edib… Necə deyərlər, əl əli yuyar, əl də Əziz Əzizovu himayə edib prorektor qoyar. Azərbaycanda bilməyən yoxdur ki, Vidadi Zeynalovun Ədalət Mahmudovla və Eldar Mahmudovla yaxın münasibəti olub. Ziyad Səmədzadə isə Ədalət Mahmudovun elmi işində himayəçisi və dəstəkləyəni olub, hətta AAK-dan onun xahişini də edib. Nəticədə, Ə.Mahmudov da Əziz Əzizovun prorektorluğunu sonradan da dəstəkləyib… Amma sonradan görün nə baş verdi: universitetdə Beynəlxalq Münasibətlər fakültəsində görünməmimş bir qalmaqal oldu. Belə ki, 4 il kəsiri olan bir neçə tələbə dövlət imtahanına buraxılmışdı. Kimlərin uşaqları idi, bilənlər bilir… Bu məsələnin üstü (pul bölgüsü mübahisəsindən sonra) açılanda rektor Ə.Mahmudov əmr imzaladı ki, bu fakültədə rüşvət məsələsi var və… Həmin əmrin icrası necə oldu, Əziz Əzizov indi niyə susur? Yaxud, rektoru əmrinin icrasızlığı doğrudanmı maraqlandırmır???
İkincisi, iqtisadi nəzəriyyə kafedrasında Aydın Məmmədov adlı dosent var… O, bir müddət əvvəl BDU-dan rüşvətə görə qovulmuşdu (Aktı təqdim edirəm). Sonra İqtisad Universitetinə indiki prorektor Damət Bağırovun sayəsində işə götürüldü. Amma Aydın Məmmədov burada da əvvəlki əməlinə görə problemləri yarandı. Prorektor Əziz Əzizov onun izahatını aldı, amma iş materialları prokurorluğa göndərilmək əvəzinə… Elə düzüb-qoşdular ki, guya A.Məmmədov öz ərizəsi ilə işdən getdi… Amma sonradan görünməmiş bir hadisə baş verdi: rektor onu bu ilin sentyabrın 1-də Damət Bağırovun xahişi ilə təzədən işə götürdü. Bu necə baş verə bilərdi???»
-İqtisad Universitetinin MBA (magistratura) direktoru Rövşən Quliyevlə bağlı rektor Ədalət Mahmudovun əmrini niyə sonradan «don vurdu»?
-Dövlət Əmək Müfəttişliyinin Sumqayıt idarəsinin rəisi Şəfa Əliyevin doktorluq işinin müdafiəsini rektor Ədalət Mahmudovdan kim xahiş edib?
-Rektor Ədalət Mahmudov «Təzadlar»ın bir yazısından sonra tələbələrin UNEC məsələsinə dair qəsdən quraşdırılmış sualına necə cavab verib?
(Davamı var)
Redaksiyadan: adları çəkilən şəxslərin də mövqeyini təqdim etməyə hazırıq… Daha geniş yazı "Təzadlar"ın sabahkı sayında dərc olunacaq...
«Təzadlar»





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net