Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır
Tarix: 25-12-2015, 15:31 | Çap et
Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır
“Qarşıdan gələn il o qədər də asan olmayacaq. Bilirsiniz ki, son dövrdə dünyada və xüsusən dünyanın neft bazarında yaşanan proseslər, neft bazarındakı konyektura, əsas neft ölkələri kimi Azərbaycanın da qarşısında müəyyən problemlər yaradıb”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib.

Ə.Həsənov bildirib ki, buna baxmayaraq Azərbaycan bu vəziyyətdən də çıxacaq: “Bu vəziyyətdən çıxmaq istiqamətində mühüm dövlət proqramları mövcuddur”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net