Vətəndaşların pullarını “Azər Türk Bank”dan çıxarması doğru addımdırmı? – Ekspert gerçəkləri danışdı
Tarix: Bu gün, 18:01 | Çap et
Vətəndaşların pullarını “Azər Türk Bank”dan çıxarması doğru addımdırmı? – Ekspert gerçəkləri danışdı
Xəbər verdiyimiz kimi, “Azər Türk Bank”da (ATB) əhalinin əmanətləri azalıb. Belə ki, 2024-cü ilin əvvəlinə 214 milyon 432 min manat olan əmanətlər 213 milyon 127 min manata düşüb.
Vətəndaşlar isə pullarını “Azər Türk Bank”dan çıxarır.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən bank üzrə ekspert Əkrəm Həsənov əmanətlər azaldığı halda vətəndaşların pullarını bankdan çıxarması doğru addımdırmı sualına cavab olaraq bildirib ki,
bir milyon azalma ciddi rəqəm deyil. Bunun “bankda əmanətlər azalıb” kimi qeyd olunmasına mən bununla razılaşmıram. Yəni, bu ciddi azalma deyil. Banklarda bu normal haldır.

Ekspertin sözlərinə görə, həmişə nəzərə alaq ki, Azərbaycanda vətəndaşların bir bankda yüz minə qədər əmanəti Əmanətlərin Sığoetalanması Fondu tərəfindən sığortalanır. Hansı bankda pulu saxlamağın əhəmiyyəti yoxdur.

“Bank bağlansa da bir ay ərzində Əmanətlərin Sığortalanması Fondu əmanətləri kompensasiya edir. Vətəndaşlar üçün heç bir problem yoxdur. Pis bank, yaxşı bank anlayışı yoxdur artıq. Bank pis olsa belə, orada heç bir risk yoxdur. Risk vətəndaşlarda deyil, biznes və şirkətlərdədir. Çünki onların pulu bağlanan bankda qalanda bir qayda olaraq batır. Ola bilər ki, adıçəkilən bankda bir neçə əmanətçiyə təcili pul lazımdır, gedib əmanətini çıxarıb. Əgər 30 milyon birdən-birə çıxarılsaydı onda deyə bilərdik ki, niyə məhs bu bankdan çıxarırlar”.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net