Azərbaycan Mərkəzi Bankından inflyasiya ilə bağlı açıqlama
Tarix: 28-03-2024, 12:00 | Çap et
Azərbaycan Mərkəzi Bankından inflyasiya ilə bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu sabit saxlayıb. Yanvarda bu rəqəm 5,3% idi.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır:

“Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə bu il illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var”.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin fevralında 12 aylıq inflyasiya 0,8%, 12 aylıq baza inflyasiya isə 1,4% təşkil edib. İllik ərzaq deflyasiyası 0,3%, qeyri-ərzaq inflyasiyası 1,4%, xidmətlər inflyasiyası isə 2,3% olub”, - deyə açıqlamada qeyd olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net