Azərbaycan nefti ötən həftə 3%-dək ucuzlaşıb
Tarix: 30-10-2023, 10:56 | Çap et


Ötən həftə ərzində (23-27 oktyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,952 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,866 dollar və ya 2,99% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 95,54 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 91,71 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net