Azərbaycan bu il 160 ölkədən məhsul idxal edib
Tarix: 17-10-2022, 16:16 | Çap et


2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 119 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilib dəyəri nəzərə alınmaqla qeyd olunan dövrdə xarici ticarət dövriyyəsi 35608,3 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 26739,9 mln. dollar, idxalın dəyəri 8868,4 mln. dollar təşkil edib, nəticədə 17871,5 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Xarici ticarət dövriyyəsinin 91,3 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Portuqaliya, Gürcüstan, Ukrayna, İspaniya, Tunis, İsveçrə, ABŞ, Qazaxıstan, İran, Vyetnam, Rumıniya, İndoneziya və Tailand ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 14,8 faizi Çinin, 4,5 faizi Almaniyanın, 3,7 faizi Qazaxıstanın, 3,4 faizi İranın, 3,2 faizi ABŞ-ın, 2,6 faizi Türkmənistanın, 2,3 faizi İtaliyanın, 2,1 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, hər biri 1,8 faiz olmaqla Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,7 faiz olmaqla Fransa və Hindistanın, 1,2 faizi Belarusun, 1,1 faizi Braziliyanın, 1,0 faizi Özbəkistanın, 0,9 faizi Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Polşa, Vyetnam və İndoneziyanın, 13,2 faizi isə digər ölkələrin payına düşüb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net