Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,9 % və ya 16,4 dollar azalaraq 1 808,2 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir. Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,1% və ya 0,23 dollar artaraq 21 dollara yüksəlib.