Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarına yaxınlaşıb.
"APA-Economics" xəbər verir ki, 11 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 178 dollar təşkil edib, bu da əvvəlki hesablaşma qiyməti ilə müqayisədə 0,6 çoxdur.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.