Torpaq bazarında qiymətlər bahalaşacaq - AÇIQLAMA
Tarix: 17-03-2022, 11:40 | Çap et
Torpaq bazarında qiymətlər bahalaşacaq - AÇIQLAMA

Torpaq sahələri və fərdi evlərin qiyməti yaz-yay mövsümündə artacaq. DİA.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Torpaq sahələrinə və fərdi evlərə tələbat yaz aylarından başlayır və avqust ayına qədər davam edir. Bu fəsillərdə hava mülayim, isti keçdiyi üçün insanlar inşaat işlərinə başlayır və üç-dörd ay ərzində yekunlaşdıra bilirlər:

"Hər il yaz-yay mövsümündə torpaq sahələrinə tələbat artdığına görə qiymət artımı da müşahidə olunur. Bakı və Abşeronda tikintiyə yararlı ərazilər az qalıb. Həmin sahələrin də qiyməti ilbəil artır", - E.Fərzəliyev deyib.

Onun sözlərinə görə, pandemiya başlayandan turistik regionlarda torpaq və ev alanların sayı artıb:

"Pandemiya zamanı qoyulan məhdudiyyətlərə görə insanların həyət evlərinə meyili artıb. Vətəndaşların bölgələrdə torpaq və ev alması həmin yerlərdə daşınmaz əmlakın bahalaşmasına səbəb olur".

Ekspert əlavə edib ki, payıza yaxın torpaq bazarında qiymətlərdə durğunluq müşahidə olunacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net