MM komitə sədri: “Ərzaq qıtlığı ehtimalı dövlət nəzarətini qaçılmaz edə bilər”
Tarix: 15-03-2022, 13:09 | Çap et
MM komitə sədri: “Ərzaq qıtlığı ehtimalı dövlət nəzarətini qaçılmaz edə bilər”

“Tədiyyə balansının cari əməliyyatlar hesabında profisitin artmasını, manatın məzənnəsinə olan təzyiqlərin neytrallaşmasını təqdirə layiq hal hesab edirik. Amma eyni zamanda, hesabat ilində inflyasiyanın illik səviyyəsinin yüksəlməsi narahatedicidir”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, inflyasiyanın hədəflənməsi siyasətinin gücləndirilməsi üçün alətlərin zənginləşdirilməsi vacibdir: “Qlobal ərzaq qiymətlərində artım tendensiyasının davam etməsi, bu sahədə həm də qıtlığın olacağı ehtimallarının artması müəyyən müddət üçün həyati vacib məhsulların qiymətlərinə və ya mənfəət normasına müvafiq dövlət nəzarətinin tətbiqini qaçılmaz edə bilər. Xatırladım ki, bu cür alətlər “Antiinhisar fəaliyyəti haqqında” qanunda və dünya təcrübəsində mövcuddur”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net