İl ərzində dünyada yeni neft layihələrinin orta zərərsizliyinin qiyməti bir barel üçün 47 ABŞ dollarınadək enib.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Rystad Energy" müstəqil araşdırma şirkətinə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan göstərici illik müqayisədə 8%, 2014-cü ilin göstəricisi ilə müqayisədə isə 40% azalıb.
Qeyd edilir ki, yeni istehsalat üzrə dənizdə dərin dəniz layihələri ən ucuz mənbə kimi olaraq qalır.
Agentliyin son hesablamaları dəyişməz olaraq qalır və 2030-cu ildə gündəlik 100 mln. barel neft hasil etmək üçün tələb olunan neftin qiyməti 45 dollar səviyyəsində hesablanır. Şirkət zərərsizlik üzrə qiymətin azalmasına baxmayaraq, 2030-cu il üçün istehsal potensialının sanksiyalar və şist layihələrinin konservasiyası səbəbindən aşağı düşəcəyi ehtimalından qeyd olunan göstərici üzrə qiymətləndirməsini dəyişməyib.