Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub”
Tarix: 15-11-2021, 11:05 | Çap et
Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub”

“1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub”.

Vertikal.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir:

“O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb”.

Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları 108 milyard manata (63,5 milyard ABŞ dolları) çatacaq ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net