Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 427 ABŞ dollarını ötüb ki, bu da yeni tarixi maksumumdur.
Bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verir.
Məlumata görə, 5 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 427,4 dollar təşkil edib, bu da bazar ertəsi üzrə hesablama qiyməti (1 160 dollar) ilə müqayisədə 23% çoxdur.