AIIB Azərbaycana 100 mln dollar kredit ayırd
Tarix: 22-07-2021, 13:10 | Çap et
AIIB Azərbaycana 100 mln dollar kredit ayırd

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) koronavirusla mübarizə çərçivəsində Azərbaycana 100 milyon ABŞ dolları dəyərində kredit ayırıb.

“Report” xəbər verir ki, bu barədə Bankın Direktorlar Şurası qərar qəbul edib.

Bankın açıqlamasına görə, COVID-19-la mübarizədə Azərbaycanın 1 milyard 773,2 milyon ABŞ dolları vəsait cəlb etməsinə ehtiyac var ki, onun da 1 milyard 423,2 milyon ABŞ dollarının Azərbaycan hökuməti qarşılayacaq. Digər 250 milyon ABŞ dollarlıq hissəni Asiya İnkişaf Bankı (ADB) ayıracaq.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib. Hazırda rəsmi Bakının Bankda payı 0,2626 %-ə, səsvermə payı isə 0,4229 %-ə bərabərdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net