“Bloomberg”: Neftin qiyməti 74 dollara qədər arta bilər
Tarix: 19-04-2021, 08:49 | Çap et
“Bloomberg”: Neftin qiyməti 74 dollara qədər arta bilər

Koronavirus pandemiyası dövründə dünyadakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari ilin ikinci yarısında karbohidrogenlərin qiymətinin artmasına səbəb ola bilər.



“Report” xəbər verir ki, bu barədə “Bloomberg” Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinadən xəbər yayıb.



Qeyd olunub ki, son aylarda artan tələbin fonunda neft ehtiyatları daha da azalıb. Hazırda ən böyük neft ehtiyatları Çində saxlanılır. Amerikada karbohidrogen ehtiyatları praktik olaraq pandemiyadan əvvəl müşahidə olunan səviyyəyə qayıdıb və fevral ayında 1,28 milyard barel təşkil edib.



Agentlik qeyd edir ki, ABŞ-ın şərq sahilində neft ehtiyatları keçən həftə son 30 ilin ən aşağı səviyyəsinə çatıb. Eyni zamanda, son iki həftə ərzində tankerlərdə saxlanılan neft ehtiyatları 27% azalaraq 50,7 milyon barelə çatıb.



“2021-ci ilin ikinci yarısında neft ehtiyatlarının proqnozlaşdırılan azalması fonunda “qara qızıl”ın qiyməti bir barel üçün 74 ABŞ dollarına qədər arta bilər”.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net