Mənzillərin bahalaşması reytinqinə Ankara başçılıq edir
Tarix: 31-03-2021, 15:53 | Çap et
Mənzillərin bahalaşması reytinqinə Ankara başçılıq edir

Böyük Britaniyanın “Knight Frank” əmlak məsləhət şirkəti mənzil qiymətlərinin dəyişkənliyini əks etdirən növbəti “Global Residential Cities İndex”ini açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın 150 şəhərini əhatə edən hesabatda ötən ilin dördüncü rübündəki artıma görə, 30,2 faizlə Ankara birincidir.

İkinci yerdə İzmir (29,4 faiz), üçüncü yerdə isə İstanbul (27,9 faiz) qərarlaşıb. Sonrakı yerləri Okland, Vellinqton, Seul, Ottava, Halifaks, Moskva, Sankt Peterburq tutur.

Həmçinin mənzilin bahalaşması ilə bağlı ölkələr reytinqində ilk səkkiz ölkə bunlardır: Türkiyə (2019-cı ilin dördüncü rübündən 2020-ci ilin dördüncü rübünədək 30,3 faiz artım), Yeni Zelandiya (18,6 faiz), Slovakiya (16 faiz), Rusiya (14 faiz), Luksemburq (13,6 faiz), Polşa (10,9 faiz), Birləşmiş Ştatlar (10,4 faiz), Peru (10,3 faiz).




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net