Brent markalı neftin bir barelinin qiyməti ötən il yanvarın 8-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, Brent neftin may fyuçerslərinin qiyməti 1,78% artaraq, bir barel üçün 70,78 dollara çatıb.
WTI markasının aprel fyuçerslərinin qiyməti isə 1,72% artaraq, bir barelə görə 67,41 dollara yüksəlib.