ABŞ elektron dollar yaratmaq məsələsini araşdırır
Tarix: 24-02-2021, 08:07 | Çap et
ABŞ elektron dollar yaratmaq məsələsini araşdırır
“ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) elektron dollar yaratmaq məsələsini diqqətlə öyrənir, lakin bu, bank sisteminə mənfi təsir göstərmədən edilməlidir”.

“Report”un məlumatına görə, bunu Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell bəyan edib.

“Elektron dolları tətbiq edib-etməyəcəyimizi çox yaxından araşdırırıq. Bu, dünyanın mərkəzi bankları qarşısında duran sualdır. Bunu necə edəcəyinizə dair əhəmiyyətli texniki və tənzimləyici suallar mövcuddur. Biz dünyanın ehtiyat valyutasıyıq və bunu düzgün yerinə yetirmək üçün məsuliyyət daşıyırıq. Birinci olmağımız lazım deyil, bunu düzgün etməliyik.”-deyə, o bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net