“Expressbank” ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub
Tarix: 25-01-2021, 16:16 | Çap et
“Expressbank” ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub
“Expressbank” ASC-nin İdarə Heyəti sədrinə iki müavin təyin edilib.

Mehriban Ocaqquliyeva İdаrə Heyəti sədrinin müаvini və Baş risk inzibatçısı, Teymur Ağakişiyev İdаrə Heyəti sədrinin müаvini və Baş maliyyə inzibatçısı vəzifələrinə təyin ediliblər.

Məlumat üçün qeyd edək ki, yeni təyinat almış hər iki müavin, “Expressbank” ASC-də karyeralarına 2009-cu ildən başlayıblar. 2019-cu ildən Mehriban Ocaqquliyeva Pərakəndə Satış və Biznesin İnkişafı üzrə Baş inzibatçı və İdarə Heyətinin üzvü, Teymur Ağakişiyev isə Baş əməliyyat inzibatçısı və İdarə Heyətinin üzvü vəzifələrində çalışırlar.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net