Ötən il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 mlrd 117 mln manat vəsait yönəldilib.
“Report” Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 1,4 % azdır.
Məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 mlrd 364,1 mln manatı (85,2 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.